Google bu smartfonların satışını dayandırdı
02 aprel 2019 19:35 (UTC +04:00)

Google bu smartfonların satışını dayandırdı

Lent.az technote-a istinadla xəbər verir ki, sözügedən online mağazada bu smartfonların satışları dayandırılıb. 
 
Bu barədə Gagadget saytı xəbər verib.
 
Qeyd edək ki, Pixel 2 və Pixel 2 XL smartfon modelləri 2017-ci ildə satışa çıxmışdılar. Keçən il isə Pixel 3 ilə Pixel 3 XL modelləri satışa çıxmışdılar.
 
İkinci nəsil Pixel smartfonları online mağazadan yığışdırılıb, üçüncü nəsil Pixel modellərinin isə qiymətləri bir qədər aşağı endirilib. Dördüncü nəsil Pixel smartfonlarının təqdimatına hələ yarım il vaxt var. Buna görə də ikinci nəsil Pixel smartfonlarının satışlarının dayandırılması çox güman ki, şirkətin Pixel 3a ilə Pixel 3a XL büdcəli smartfon modellərinin təqdimatına hazırlaşması ilə əlaqəlidir.
 
Son məlumatlara əsasən büdcəli Pixel modelləri bu ilin yaz fəslində təqdim olunmalıdırlar. Nəzərə alsaq ki, Pixel 3a ilə Pixel 3a XL modellərinin qiymətləri (450-500 avro) heç də büdcəli olmayacaqlar, bu baxımdan Google şirkətinə yeni smartfonlar ilə ikinci nəsil Pixel modelləri arasındakı rəqabət lazım deyil. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar yalnız Google Store online mağazasından yığışdırılıb. Dilerlərdə bu smartfonlar hələ də satışdadır.
# 807
avatar

Oxşar yazılar