Belçika qəzetləri Azərbaycan mədəniyyətindən yazdı

Belçikanın məşhur "Het Belang Van Limburg", “DE STANDAARD” qəzetləri bu yaxınlarda  Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Ham şəhərində baş tutan Novruz tədbiri və Azərbaycan mədəniyyəti haqqında yazıb. Bu barədə Lent.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.
 
Qəzetlər cəmiyyətin sədri Ayhan Dəmirçinin hər il Novruz bayramında fərqli mədəniyyətlərin insanlarının bir araya gətirdiyini, bu önəmli bayramda çox dostluqların qurulması və bir-biriləri ilə tanış olduqlarına diqqət çəkib.
 
Yazıda tədbirlərdə yeni dostluq əlaqələrinin yarandığını, Azərbaycanın qədim mədəniyyətinə və tarixində nəzər salıb.
 
Daha sonra bayramda Özbəkistan folklor qrupunun rəqslərini, ayrıca olaraq Ham bələdiyyəsinin nəzdində fəaliyyət göstərən inteqrasiya könüllülərinin hazırladıqları Azərbaycan mətbəxənin təamaları haqqında məlumatlar öz əksini tapıb.

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>