Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün kreditlərini banklar ödəyəcək
02 aprel 2019 14:06 (UTC +04:00)

Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün kreditlərini banklar ödəyəcək

 
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
 
ABA-dan ONA-ya verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manat qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.
 
Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.
# 807
avatar

Oxşar yazılar