<b>Elzanın atasının <span style="color:red;">AXTARIŞLARINA BAŞLANILDI : "Ölməyibmiş"</b>
02 aprel 2019 13:42 (UTC +04:00)

Elzanın atasının AXTARIŞLARINA BAŞLANILDI: "Ölməyibmiş"

Əməkdar artist Elza Seyidcahan atasının məzarını axtarır. Bu barədə Lent.az-a müğənninin özü deyib: “Atamı sonuncu dəfə metroda görmüşdüm. İstədim yaxınlaşım, amma yaxınlaşa bilmədim. İçimdə tərəddüd var idi. Atama həmin an yaxınlaşmadığım üçün illər sonra özümü qınadım. Onu sonuncu dəfə elə orda gördüm. Kaş yaxınlaşardım... İllərdir atamı axtarıram. Aparıcı Zaur Kamalın verilişində dünyasını dəyişməsi ilə bağlı xəbər aldım. Amma sonradan məlum oldu ki, bu dəqiq məlumat deyil. Ölüm xəbəri yalandır. İndi onu axtarırıq. Artıq axtarışlara başlanıldı”.

 

E.Seyidcahan atası ilə anasının boşanması səbəbindən də danışıb: “Atam oğul övladının olmadığını görə bizi tərk etdi. O Rusiaya getdi. Anam bizə atasızlığı hiss etdirmədi. Amma hər bir övlad kimi biz də istərdik ki, atamız yanımızda olsun”.

 

Əməkdar artist bildirib ki, aprelin 28-də Heydər Əliyev sarayında verəcəyi solo konsertində atasını görmək istəyir: “Bu mənim arzumdur. Axtarışlarımız davam edir. Tapılsa, atam konsertdə iştirak edəcək”.

# 2806
avatar

Yalçın UĞUR

Oxşar yazılar