Məşhur aktyor toydan dörd gün sonra <span style="color:red;">BOŞANDI
02 aprel 2019 11:49 (UTC +04:00)

Məşhur aktyor toydan dörd gün sonra BOŞANDI

Hollivudun məşhur siması Nikolas Keyc Hollivudun ən qısamüddətli evlisi kimi tarixə düşüb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Simasız” filminin qəhrəmanı Las-Veqasda vizajist Erik Koyke ilə evləndikdən cəmi dörd gün sonra məhkəməyə mümkünsə kəbinin ləğvi, yaxud boşanma barədə müraciət edib. 

 

Dediyinə görə aktyor evlənməzdən və evlilik qərarı verərkən içkili olub, nə etdiyini bilməyib. Sadəcə Erik ona içkili vəziyyətdə evlilik təklifi edib, aktyor da razılaşıb. Toydan 4 gün sonra ayılan Nikolas bilib ki, evləndiyi qadın həm içki düşkünüdür, həm öz kriminal keçmişini ondan gizlədibmiş.

Onu da deyək ki, bu aktyorun dördüncü evliliyi idi. Həm də bütün evlililiklərində Nikolas tez qərar verib və sonradan peşmanlığını çəkib.

Yeganə oğlu isə aktrisa Kristina Falt ilə vətəndaş nigahından olub.

# 1144
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar