Şərəfli tarixdən 3 il keçdi
02 aprel 2019 10:23 (UTC +04:00)

Şərəfli tarixdən 3 il keçdi

Aprel döyüşlərindən 3 il keçdi. Aprel müharibəsi və ya Dördgünlük müharibə kimi Azərbaycan tarixinə şərəflə yazılan bu tarix  2016-cı il aprelin 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

 

Aprel döyüşləri Qarabağ müharibəsi gedişatında 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad edib. Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.

 

Amerika Birləşmiş Ştatları Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfər dünyasını dəyişib.

Allah bütün çəhidlərimizə rəhmət eləsin. Silahdaşlarına isə tezliklə onların ruhunu şad etmək nəsib olsun.

 

# 616
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar