“Məhəbbət əfsanəsi” yenə Sankt-Peterburq teatrında
02 aprel 2019 09:37 (UTC +04:00)

“Məhəbbət əfsanəsi” yenə Sankt-Peterburq teatrında

 

Mayın 27-28-də və 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti oynanılacaq.

 

Lent.az –ın məlumatına görə, balet “Bəyaz gecələrin ulduzları” XXVII musiqi festivalı çərçivəsində göstəriləcək. Mayın 27-də baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov iştirak edəcək. Digər iştirakçılar və rollar barədə ətraflı məlumat veriləcək.

 

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

# 875
avatar

Oxşar yazılar