“Qarabağ” darmadağınla avrokuboklara vəsiqə qazandı
01 aprel 2019 21:35 (UTC +04:00)

“Qarabağ” darmadağınla avrokuboklara vəsiqə qazandı

 
Topaz Premyer Liqasında XXII tura yekun vurulub. 
 
ONA-nın məlumatına görə, bu gün IV dövrənin ilk turunun son iki oyunu keçirilib.
 
Avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qapılara qol vurulmayıb.
 
Bu heç-heçədən sonra “Qəbələ” qızıl medal qazanmaq şansını rəsmən itirib. Əyalət təmsilçisi üçüncü pillədə qərarlaşan “Səbail”dən 4 xal geri düşüb.
 
Tura Sumqayıtda yekun vurulub. Çempionatın autsayderi “Sumqayıt” son illərin çempionu “Qarabağ”ı qəbul edib.
 
Səfər oyununda rəqibini 6:0 hesabı ilə darmadağın edən Ağdam klubu xal ehtiyatını 48-ə çatdıraraq liderə şərik olub. Bu, Qurban Qurbanovun yetirmələrinin ilk “üçlük”də yerini təmin etməyə yetib. Ağdam klubu bununla da həm Topaz Premyer Liqasının mükafatını, həm də avrokuboklara vəsiqəni rəsmiləşdirib. Həmçinin Mahir Mədətov da dublu sayəsində bombardirlik mübarizəsində "Neftçi"nin hücumçusu Baqali Daboya şərik olub.
 
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Keşlə”ni 1:0, “Səbail” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.
 
Topaz Premyer Liqası
XXII tur
1 aprel (bazar ertəsi)
“Qəbələ” – “Sabah” – 0:0
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 14:00
“Sumqayıt” – “Qarabağ” - 0:6
Qollar: Dani Kintana, 17, Mahir Mədətov, 20, 40, Filip Ozobiç, 51, Abdulla Zubir, 78, 84
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30
# 922
avatar

Oxşar yazılar