Tələbələr mükafatla qayıtdılar
01 aprel 2019 19:05 (UTC +04:00)

Tələbələr mükafatla qayıtdılar

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.

 

BMA-dan  Lent.az-a verilən məlumata görə,  tələbələrdən iki nəfər müsabiqədə əli dolu qayıdıblar. Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblərə mükafat verilib.

# 800
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar