Moskvada Əjdər İbrahimovun 100 illiyi qeyd olunacaq
01 aprel 2019 18:02 (UTC +04:00)

Moskvada Əjdər İbrahimovun 100 illiyi qeyd olunacaq

Moskvada SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, ölkəmizin Moskvadakı səfirliyinin təşkilatçılığı ilə aprelin 24-də tanınmış Azərbaycan və Rusiya kinorejissoru, ssenariçisi, professor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd olunacaq. Rusiya Mərkəzi Ədiblər Evinin Yazıçılar Klubunda baş tutacaq “Məhəbbətim mənim, kədərim mənim” adlı yubiley gecəsini kinoşünas Andrey Şpagin aparacaq.
 
Gecədə tanınmış incəsənət xadimləri, Əjdər İbrahimovun sənət yoldaşları, tələbələri və yaradıcılığının pərəstişkarları iştirak edəcəklər.
# 804
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar