[b]Bakıda Beynəlxalq festival keçiriləcək[/b]
01 aprel 2019 17:55 (UTC +04:00)

[b]Bakıda Beynəlxalq festival keçiriləcək[/b]

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə aprelin 22-27-də Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

 

Lent.az  xəbər verir ki, festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan olan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

 

Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes  olacaq.

 

Konsert proqramında Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səsləndiriləcək.

# 720
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar