<b>İncəsənət xadimləri ayağa qalxdı - <span style="color:red;">İrəvan qarışdı </b>
01 aprel 2019 15:00 (UTC +04:00)

İncəsənət xadimləri ayağa qalxdı - İrəvan qarışdı

Ermənistanda növbəti etiraz aksiyası keçirilir.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Yerevanın mərkəzindəki hökumət binasının qarşısına toplaşanlar bu dəfə Paşinyanın mədəniyyət nazirinin “incəsənət islahatına” qarşı çıxıblar.
 
Yeni hökumətin mədəniyyət naziri vəzifəsini icra edən Nazəni Qəribyan Milli Opera və Balet Teatrının direktoru və bədii rəhbəri Konstantin Orbelyanı erməni dilində pis danışdığı üçün vəzifəsindən azad edib. Nazir əvəzi bu qərarını onunla əsaslandırıb ki, erməni dilini bilməyən məmur dövlətin teatrında vəzifə tuta bilməz.
 
Meydana toplaşan və baş nazir Nikol Paşinyanla görüş tələb edən etirazçılar bildiriblər ki, nazirin arqumenti incəsənətə aid edilə bilməz. “Musiqinin dili yoxdur” şüarını səsləndirən incəsənət xadimləri direktorun vəzifəsinə bərpa edilməsini və N.Qəribyanın istefaya göndərilməsini tələb edirlər. Onlar, həmçinin nazirliyi məhkəməyə verəcəklərini də bildiriblər.
 
Etirazçıların nümayəndələrini qəbul edən baş nazir məsələ ilə məşğul olacağını söyləyib.
# 703
avatar

Oxşar yazılar