<b>Aydın Xırdalanlı barədə <span style="color:red;">FAKTLAR AÇIQLANDI:  "O "kruq"..."</b>
01 aprel 2019 11:36 (UTC +04:00)

Aydın Xırdalanlı barədə FAKTLAR AÇIQLANDI: "O "kruq"..."

Ötən ay dünyasını dəyişən meyxanaçı Aydın Xırdalanlı (Quliyev) barədə həmkarı Mehman Əhmədli bir çox faktları açıqlayıb.

 

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan M.Əhmədli bildirib ki, mərhumun ölümündə bir çox amillərin rolu olub:

 

"Mən aydını 1994-cü ildən tanıyıram. Həmin vaxtlar tez-tez əlaqə saxlayırdıq. Həmin vaxtlar heç mobil telefonlar da yox idi. O, çox yaxşı insan idi. Onunla birgə uğurlarımız olub. Lakin o, müsabiqədə çempion olandan sonra hər şey dəyişildi. Onun ətrafındakı insanların sayı artdı. Adamlar çoxalandan sonra o, “kruq”a düşdü. O, “kruq”a qoşulandan sonra gördüm ki, hansısa xəstəlikdən əziyyət çəkir. Həci Qaçay adlı bir dostumuz var. O, Aydını müalicəyə aparmaq istəyirdi. Onun müalicə pulunu da ödəmək üçün insanlar var idi. Amma razı olmadı”.

 

Qeyd edək ki, A.Xırdalanlı martın 23-də 42 yaşında qaraciyər serrozundan dünyasını dəyişib.

# 1603
avatar

Yalçın UĞUR

Oxşar yazılar