<b>İstanbulda kim irəlidədir: <span style="color:red;">ZİDDİYYƏTLİ RƏQƏMLƏR </b>
01 aprel 2019 09:58 (UTC +04:00)

İstanbulda kim irəlidədir: ZİDDİYYƏTLİ RƏQƏMLƏR

Türkiyədə keçirilən Bələdiyyə seçkilərində İstanbul şəhəri üzrə bəzi ziddiyyətli nəticələr ortaya çıxıb.

 

Lent.az-ın məlumatına görə, hakim partiya olan AKP-in namizədi Binəli Yıldırımla və ölkənin ana müxalifət partiyası sayılan CHP-in namizədi Əkrəm İmamoğlu arasında qızğın mübarizə gedir.

Anadolu Agentliyinin məlumatına görə, Binəli Yıldırım 48, 70 faizlə İstanbulun Bələdiyyə başqamı seçilib. İmamoğlu isə 48, 65 faizlə ona uduzub.

Lakin Doğan Xəbər Agentliyi YSK( Yüksək Seçki Komissiyası) nəticələrinə istinadən bildirib ki, Əkrəm İmamoğlu 48,80 faizlə qələbə çalıb. Binəli Yıldırım isə 48,48 faizlə seçkini uduzub.

Bundan başqa Əkrəm İmamoğlu və CHP sədri Kamal Kılıçdaroğlu keçirdikləri mətbuat konfransında İstanbulda qələbə qazandıqlarını bəyan ediblər.

 

Binəli Yıldırım isə İstanbulda plakatlar hazırladaraq qələbə qazandığını deyib və İstanbul əhalisinə təşəkkür edib.

 

# 810
avatar

Səlcuq Elçin

Oxşar yazılar