[b]Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatdı[/b]
31 mart 2019 18:07 (UTC +04:00)

[b]Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatdı[/b]

 
Bu gün Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb.
 
ONA-nın məlumatına görə, seçkilərdə 30 şəhər, 81 rayon və 922 qəsəbə bələdiyyəsində 1389 yer uğrunda 8270 namizəd mübarizə aparıb.
 
Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya “Millət İttifaqı” blokunda birləşiblər. Səadət Partiyası da seçkilərdə “Millət İttifaqı” ilə birgə hərəkət edib.
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulmuşdu.
# 814
avatar

Oxşar yazılar