“Nika” mükafatı sahiblərinə təqdim olundu
31 mart 2019 16:34 (UTC +04:00)

“Nika” mükafatı sahiblərinə təqdim olundu

Moskvada 32-ci dəfə “Nika” Rusiya milli kinematoqrafiya mükafatının təqdimat mərasimi keçirilib.
 
Bu il münsiflər heyətinə 124 film, o cümlədən 53 bədii, 41 sənədli film və 30 animasiya filmi təqdim edilib. Münsiflər heyəti Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının 583 akademikindən ibarət olub. Mükafatın təsisçisi və bədii rəhbəri tanınmış rejissor, həmyerlimiz Yuli Qusmandır.
 
“Ən yaxşı bədii film” nominasiyasında “Annanın müharibəsi”, “Ən yaxşı rejissor işi” nominasiyasında isə “Yay” filminə görə Kirill Serebrennikov qalib gəlib. “Bir təyinatın tarixi” filminin ssenari müəllifləri Avdotya Smirnova, Anna Parmas və Pavel Basinski “Ən yaxşı ssenari” nominasiyasının qalibi olublar. “Ən yaxşı operator işi” nominasiyasında “Van Qoq” filminin operatoru Yuri Klimenko fərqlənib. “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata elə həmin filmdəki roluna görə Aleksey Serebryakov layiq görülüb. “Ən yaxşı qadın rolu” nominasiyasında isə “Ananın müharibəsi” filmindəki roluna görə Marta Kozlova qalib elan edilib. “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” nominasiyasının qalibi Belarus kinematoqrafçılarının “Xrustal” filmi olub. Ən yaxşı animasiya filmi “Ana, bilirsən mən harada idim?” filmi seçilib.
 
Tədbirdə, həmçinin Gürcüstanın Xalq artisti, hazırda Fransada yaşayan rejissor Otar İoselianiyə “Şərəf və ləyaqətə görə” mükafatı təqdim olunub.
 
(AZƏRTAC)
# 1089
avatar

Oxşar yazılar