[b]Ukraynada prezident seçkiləri keçirilir: rekord göstərici[/b]
31 mart 2019 10:25 (UTC +04:00)

[b]Ukraynada prezident seçkiləri keçirilir: rekord göstərici[/b]

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
 
Yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 3 dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.
 
Seçki kampaniyası dövründə aparılan rəy sorğularında ikinci turun keçiriləcəyinin qaçılmaz olduğu qeyd edilir. Rəy sorğularına əsasən ikinci tura daha çox hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenskiy şanslı sayılır.
 
MSK 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda - 80 santimetrdir.
 
 
# 841
avatar

Oxşar yazılar