Mey hökumətinin 6 naziri istefaya gedə bilər
31 mart 2019 09:04 (UTC +04:00)

Mey hökumətinin 6 naziri istefaya gedə bilər

 
Böyük Britaniyada baş nazir Tereza Mey hökumətinin üzvü olan bir neçə nazir istefaya göndərilə bilər.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Times” nəşri məlumat yayıb.
 
Nəşrin yazdığına görə, nazirlər kabinetinin ən azı 6 üzvünün vəzifədən gedəcəyi gözlənilir. Avropa Birliyi ilə razılaşmadan “Brexit” qərarı qəbul olunacağı təqdirdə onlar da hökumətdən ayrılmalı olacaq.
 
“Tereza Meyə xəbərdarlıq edilib ki, onun “Brexit” anlaşması baş tutmazsa, təmsil etdiyi hökuməti tamamilə süqut gözləyir”, - deyə nəşr yazıb.
# 587
avatar

Oxşar yazılar