"Rep və hip-hop dinləməyə hazıram" - Dmitri Medvedev
30 mart 2019 23:58 (UTC +04:00)

"Rep və hip-hop dinləməyə hazıram" - Dmitri Medvedev

Rusiyanın Baş naziri Dmitri Medvedev etiraf edib ki, repin pərəstişkarı deyil, lakin bu musiqiyə münasibətini dəyişdirməyə hazırdır.
 
“VKontakte” sosial şəbəkəsinin birbaşa efirində istifadəçilərlə söhbətində Rusiya hökumətinin başçısına 23 yaşlı oğlu İlyanın musiqi zövqü barədə sual veriblər. Baş nazir deyib: “Hər musiqi normaldır. Əlbəttə, o, mənim dinlədiyim musiqilərin hamısını dinləmir, amma çoxunu dinləyir”. Əvvəllər oğlunun “Linkin Park” rok qrupunu, indi isə “Muse”, “Thirty Seconds to Mars” qruplarını dinlədiyini vurğulayan Medvedev bildirib: “Yeri gəlmişkən, mən bu musiqini də dinləyə bilərəm, buna da qatlaşaram. Bəlkə kiminsə xətrinə dəydi, amma mən, demək olar ki, rep və hip-hop dinləmirəm. Yəqin, sadəcə, məni cəlb etmir”.
 
Bununla belə, Medvedev musiqi zövqünü dəyişdirəcəyini istisna etməyib: “Hər şey ola bilər”. O, hətta görüşün moderatoru, telejurnalist Yana Çurikovadan xahiş edib ki, yaradıcılığı ilə tanış olması məsləhət görülən ifaçıların və onların kompozisiyalarının siyahısını tərtib etsin.
 
(AZƏRTAC)
# 1011
avatar

Oxşar yazılar