Ermənistanda nazir müavini saxlanılıb – SƏBƏB
30 mart 2019 22:36 (UTC +04:00)

Ermənistanda nazir müavini saxlanılıb – SƏBƏB

Ermənistanda səhiyyə nazirinin müavini saxlanılıb. Milli Təhlükəsizlik Xidməti (MTX) səhiyyə nazirinin müavini Armen Davtyanı saxlayıb.
 
Məlumata görə, nazir müavini bu gün iş başında rüşvət alarkən yaxalanıb.
 
Səhiyyə naziri Arsen Torosyan müavininin saxlanıldığı barədə məlumatlı olduğunu, hazırda ölkədə olmadığını bildirib. Torosyan MTX-ın daha sonra əlavə məlumat verəcəyini deyib.
 
(Trend)
# 921
avatar

Oxşar yazılar