<b>Polis “sarı jiletlilər”ə qarşı gözyaşardıcı qazdan istifadə edib</b>
30 mart 2019 18:27 (UTC +04:00)

Polis “sarı jiletlilər”ə qarşı gözyaşardıcı qazdan istifadə edib

Parisdə polis "sarı jiletlilər”in aksiyasında iştirakşılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 
 
Lent.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya Şərq Təmir Stansiyasından başlayıb. Etirazçılarla polis arasında qarşıdurma yaranıb.  Aksiya iştirakçıları polislərə şüşə və bankalar atıblıar. Buna cavab olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakşılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
 
Qeyd edək ki, bu, "sarı yiletlilər”in aksiyaları ötən il noyabrın 17-də yanacaq və benzinin qiymətinə görə vergilərin artırılmaması tələbi ilə başlayıb və o vaxtdan bəri, hakimiyyət orqanları vəziyyəti sakitləşdirmək üçün tədbirlər görsələr də, hər şənbə günü sosial siyasətdən narazılar küşələr çıxırlar. 
 
# 753
avatar

Oxşar yazılar