[b]Səbail son dəqiqədə qələbə qazandı[/b]
30 mart 2019 18:15 (UTC +04:00)

[b]Səbail son dəqiqədə qələbə qazandı[/b]

Bu gün Topaz Premyer Liqada sonuncu dövrəyə start verilib.
 
Lent.az "qol.az"a istinadən xəbər verir ki, 22-ci turun 2 oyunundan biri artıq başa çatıb. Açılış matçında "Zirə" "Səbail"i qəbul edib və qonaq komanda son dəqiqə qolu ilə qalib gəlib  - 2:1. "Səbail"in yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
 
Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda "Qarabağ"la eyni xala malik olan Roberto Bordinin komandası qələbə qazanaraq mövqeyini qorumağa çalışacaq.
 
Qeyd edək ki, 31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.
 
 
30 mart (şənbə)
 
16:00. “Zirə” – “Səbail” - 1:2 
Qollar: Ağabala Ramazanov, 41 (0:1), Sezar Rodrigez, 69 (1:1), Şəhriyar Rəhimov, 90+4 (1:2)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
 
18:30. “Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
“ASK Arena”
# 753
avatar

Oxşar yazılar