108 nəfər növbəti mərhələyə keçdi - Vergi orqanlarında işləmək istəyənlər imtahan verdi
30 mart 2019 17:12 (UTC +04:00)

108 nəfər növbəti mərhələyə keçdi - Vergi orqanlarında işləmək istəyənlər imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bu barədə Lent.az-a DİM-dən bildirilib.
 
Verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
 
İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.
# 1145
avatar

Oxşar yazılar