Əfqanıstanda məktəbə mərmi düşdü: 4 ölü, 17 yaralı
30 mart 2019 15:36 (UTC +04:00)

Əfqanıstanda məktəbə mərmi düşdü: 4 ölü, 17 yaralı

Əfqanıstanın Qəzni vilayətində minatan mərminin məktəbə düşməsi nəticəsində 4 məktəbli ölüb, 17 nəfər isə yaralanıb.
 
ONA “Associated Press”ə istinadən xəbər verir ki, yerli hökümət rəsmilərinin bildirdiyinə görə, Qəzni vilayətinin şərqində Əfqanıstan Təhlükəsizlik Qüvvələri və “Taliban” silahlıları arasında qarşıdurma baş verib. Nəticədə tərəflərdən birinin atdığı mərmi məktəb binasına düşüb.
 
Qəzni vilayət qubernatorunun nümayəndəsi Arif Nurinin sözlərinə görə, yaralananlardan 15-i şagird, 2-si müəllimdir.
 
Hazırda mərminin haradan atıldığı araşdırılır.
 
Hadisə ilə bağlı tərəflərdən heç biri məsuliyyəti üzərinə götürməyib.  
# 640
avatar

Oxşar yazılar