[b]Suriyada antiterror əməliyyatı: 9 türk hərbçi yaralandı  [/b]
30 mart 2019 13:15 (UTC +04:00)

[b]Suriyada antiterror əməliyyatı: 9 türk hərbçi yaralandı [/b]

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı keçirən hərbi birləşmələrinə məxsus zirehli maşının aşması nəticəsində doqquz hərbiçi yaralanıb.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, qəza “Fırat qalxanı” kod adı ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Türkiyəyə yaxın Dabık bölgəsində baş verib.
 
Yaralı əsgərlər Türkiyənin Kilis dövlət xəstəxanasına çatdırılıblar. Yaralılar üçün həyati təhlükə olmadığı bildirilir.
# 698
avatar

Oxşar yazılar