<b><span style="color:red;">"Şəklimi böyüdüb paylaşır..."  - Xatirə İslam xəbərdarlıq etdi</b>
30 mart 2019 11:54 (UTC +04:00)

"Şəklimi böyüdüb paylaşır..." - Xatirə İslam xəbərdarlıq etdi

Müğənni Xatirə İslam saxtakarlıqla qarşılaşıb. Belə ki, bir çox arıqlama məhsulları satan şirkətlər onun fotolarından istifadə edib.
 
Lent.az axşam.az-a istinadən məlumat verir ki, sənətçi özü bu haqda xəbər verib.
 
O bildirib ki, arıqlamaq üçün heç bir dərmandan və çaydan istifadə etməyib:
 
"Bir çox səhifələr var ki, şəklimi böyüdüb paylaşır və xanımlarımı aldadır. Hamı bilir ki, liposaksiya əməliyyatı etdirmişəm, dərman içməmişəm. Ola bilər səhifəmdə hansısa məhsulu reklam edim, amma istifadə etmirəm. Məhsulu satmaq üçün şəklimi yerləşdirib "Xatirə İslam bu boyda idi, biz arıqlatdıq" yazanlarla bağlı tədbir görüləcək. Kompleksli deyiləm, insan kök də olar, arıqlayar da. Amma adamın şəklini o hala salıb, biz arıqlatdıq demək olmaz".
 
Qeyd edək ki, Xatirə bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, artıq piylərdən xilas olub.
# 1032
avatar

Oxşar yazılar