Süni intellekt vaxtsız ölümü proqnozlaşdırdı - <span style="color:red;">Eksperment
30 mart 2019 12:05 (UTC +04:00)

Süni intellekt vaxtsız ölümü proqnozlaşdırdı - Eksperment

Böyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.  
 
Lent.az ictnews-a istinadla xəbər verir ki, alim və doktorlardan ibarət mütəxəssislər qrupu ortayaşlı insanlarda xroniki xəstəliklərə görə vaxtsız ölüm riskinin proqnozlaşdırılması üçün kompüter təlimi alqoritmləri sistemini hazırlayaraq sınaqdan keçirib.
 
Məlum olub ki, süni intellekt sisteminin proqnozları insanlar tərəfindən hazırlanan standart yanaşma ilə müqayisədə daha dəqiqdir və daha yaxşı işləyir.
 
40-69 yaşlı yarım milyondan çox insanın sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edən tədqiqatçıların sözlərinə görə, süni intellekt proqramlarının əksər hissəsi diqqəti bir xəstəlik sahəsinə yönəldib, lakin ölmün müxtəlif faktorlara görə proqnozlaşdırılması xüsusilə ətraf mühitin təsiri nəzərə alınmaqla çox çətindir.     
 
Tədqiqatçıların fikrincə, süni intellekt riski nəzərə almaqla ayrı-ayrı xəstələr üçün fərdi müalicəni seçən gələcək metodikaların hazırlanmasında əhəmiyyətli rol oynayacaq.
# 657
avatar

Oxşar yazılar