[b]Ukraynada sükut günüdür[/b]
30 mart 2019 08:44 (UTC +04:00)

[b]Ukraynada sükut günüdür[/b]

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu cümə günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.
 
Xatırladaq ki, Ukraynada prezident seçkiləri bazar günü - martın 31-də keçiriləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.
# 563
avatar

Oxşar yazılar