[b]Böyük Britaniya parlamenti 3-cü dəfə “Brexit” üzrə razılaşmanı rədd etdi[/b]
29 mart 2019 19:16 (UTC +04:00)

[b]Böyük Britaniya parlamenti 3-cü dəfə “Brexit” üzrə razılaşmanı rədd etdi[/b]

Böyük Britaniya parlamenti 3-cü dəfə “Brexit” üzrə razılaşmanı rədd edib.
 
ONA TASS-a istinadən xəbər verir ki, baş nazir Tereza Meyin təklif etdiyi razılaşmanın əleyhinə 344, leyhinə isə 286 deputat səs verib.
 
Əgər razılaşma qəbul edilsə idi, deputatlar mayın 22-dək Avropa İttifaqından çıxmaqla bağlı məsələləri razılaşdıracaqdılar.
Razılaşmanın rədd edilməsi “sərt Brexit”, yəni razılaşmasız Aİ-ni tərk etmək riskini çoxaldıb. 
 
Qeyd edək ki, bundan öncə Aİ açıqlayıb ki, bu həftə razılaşma qəbul edilməyəcəyi təqdirdə, Böyük Britaniya Avropa İttifaqını aprelin 12-nə kimi tərk etməlidir. Digər variant isə Britaniyanın Avropa parlamentinə seçkilərdə iştirak etməsi və nəticədə danışıqların bu ilin sonuna qədəri uzanmasıdır. 
# 733
avatar

Oxşar yazılar