[b]Kəpəyin istehsalı və satışı vergidən azad edildi[/b]
29 mart 2019 12:50 (UTC +04:00)

[b]Kəpəyin istehsalı və satışı vergidən azad edildi[/b]

Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunub.
 
ONA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
 
Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
 
Bundan əlavə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı da daha 1 il vergidən azad olunacaq. Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
 
Layihə səsverməyə çıxarılıb və qəbul edilib.
# 944
avatar

Oxşar yazılar