Barcelona 4 futbolçusunu bu kuluba göndərir
29 mart 2019 12:35 (UTC +04:00)

Barcelona 4 futbolçusunu bu kuluba göndərir

Barcelonanın 4 futbolçusu karyerasını Hollandiyanın Ayaks kulubunda davam etdirə bilər.
 
Lent.az goal.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya mətbuatında məlumat dərc edilib.
 
Bildirilir ki, Matteys de Liqtin "Barsa"ya transferi zamanı bu məsələ gündəmə gəlib. 
 
Gənc müdafiəçini heyətinə qatmağa çalışan ispanlar pulla yanaşı, müdafiəçi Xuan Miranda və yarımmüdafiəçilər Oriol Busketslə Riki Puiqi qarşı tərəfə icarəyə verməyi təklif edib.
 
Həmçinin, "Barsa" yanvarda Tuluzadan aldığı mərkəz müdafiəçisi Jan-Kler Todibonu da Hollandiya klubuna transfer vərəqəsi ilə birlikdə verməyə hazırdır.
 
Klublar arasındakı yaxın münasibət keçidlərin reallaşmaq ehtimalını artırır.
# 740
avatar

Oxşar yazılar