“Ər və arvad” Tbilisi teatrında
29 mart 2019 08:42 (UTC +04:00)

“Ər və arvad” Tbilisi teatrında

 

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni Üzeyir Hacıbəyovun “Ər və Arvad” adlı musiqili komediyası səhnələşdiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, 10 nəfərdən ibarət komandanın iştirakı ilə hazırlanan tamaşa Azərbaycan dilində təqdim olunacaq.

Məşqlərə yeni başlandığından premyeranın vaxtı dəqiqləşməyib.

Məlum olan odur ki, tamaşa  Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı ucqar rayonlarda da oynanılacaq.

 

# 802
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar