[b]Moskva metrosunda QƏZA – Sərnişinlər təlaşda[/b]
28 mart 2019 19:10 (UTC +04:00)

[b]Moskva metrosunda QƏZA – Sərnişinlər təlaşda[/b]

Moskva Metropolitenində sərnişinlərin təlaşına səbəb olan qorxulu anlar yaşanıb.
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, metropolitenin Zamoskvoretskaya xəttində (yaşıl xətt) yaranmış texniki problem qatarların qrafikini iflic edib.
 
Moskva metropoliteninin mətbuat xidməti Twitter-də açıqlama yayaraq bildirib ki, Zamoskvoretskaya xətti üzrə qatarların hərəkətində baş vermiş fasilələr texniki səbəblər üzündən yaranıb.
 
Qeyd edək ki, sosial şəbəkədə yayımlanan xəbərin şərh bölməsində izləyicilər qatarların hərəkətində ciddi gecikmələrin olduğunu bildirib.
Hətta sərnişinlərdən biri qatarın Kaşirskaya stansiyasında 40 dəqiqə dayandığını vurğulayıb.
# 831
avatar

Oxşar yazılar