Azərbaycanla YUNESKO müqavilə imzaladı
28 mart 2019 16:29 (UTC +04:00)

Azərbaycanla YUNESKO müqavilə imzaladı

Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb. Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
 
 
Verilən məlumata görə, müqaviləni Azərbaycan hökuməti tərəfdən Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.
 
 
Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub.  Bununla yanaşı, müqavilədə komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər göstərilib.
# 821
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar