<b>Ramiz Əzizbəylinin səhhəti ilə bağlı <span style="color:red;">SON XƏBƏR : "Ağrılarım var..."</b>
28 mart 2019 16:47 (UTC +04:00)

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı SON XƏBƏR: "Ağrılarım var..."

Bir müddət öncə əməliyyat olunan xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.

 

Lent.az-a açıqlama verən R.Əzizbəyli hazırda özünü yaxşı hiss etmədiyini deyib: “Bildiyiniz kimi, əməliyyat olunmuşam. İndi də həkimlər gedib-gəlirlər. Mənimlə maraqlanırlar. Amma ağrılarım var. Ağrıdığım üçün telefonlara da çox cavab verə bilmirəm. Jurnalistlər məni yığır, suallar verirlər, onların suallarına da cavab vermirəm”.

 

Qeyd edək ki, xalq artistinin ayağında qanqrenə yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

 

# 1161
avatar

Yalçın UĞUR

Oxşar yazılar