Dünyanın ən yaxşı hava limanı - <span style="color:red;">Yeddinci dəfə ilk sırada
28 mart 2019 12:09 (UTC +04:00)

Dünyanın ən yaxşı hava limanı - Yeddinci dəfə ilk sırada

“Skytrax” kompaniyasının apardığı beynəlxalq tədqiqatın nəticəsində əsasən, Sinqapurun Çanqi aeroportu ardıcıl olaraq yeddinci dəfə dünyanın ən yaxşı hava limanı adını qazanıb.
 
 
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
 
 
Siyahıda ikinci yeri Tokionun Haneda, üçüncü yeri isə Seulun İnçhon aeroportları tutub. Avropada isə ən yüksək nəticəni yeddinci yerdə qərarlaşan Münhen aeroportu göstərib.
 
Tədqiqat 105 ölkədən olan 13 milyon səyahətçi arasında aparılıb. Respondentlər 550 aeroportu müxtəlif parametrlər, o cümlədən qeydiyyatdan keçmə, gəlmə, bütövlükdə təhlükəsizlik sistemi, mağazaların miqdarı və çeşidi üzrə qiymətləndiriblər.
# 663
avatar

Oxşar yazılar