Sabiq prezident barəsində <span style="color:red;">HƏBS QƏRARI
28 mart 2019 00:31 (UTC +04:00)

Sabiq prezident barəsində HƏBS QƏRARI

Argentina məhkəməsi ölkənin sabiq prezidenti Karlos Menemin 45 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Menem əmlakın dəyərindən aşağı qiymətə satılması yolu ilə vəsaitin mənimsənilməsində ittiham olunub.
 
88 yaşlı sabiq prezidentə, həmçinin dövlət vəzifələrindən birinə təyin olunması ilə bağlı ömürlük qadağa da tətbiq olunub. Onunla birgə sabiq iqtisadiyyat naziri Dominqo Kavalyo da 3,5 il müdddətinə azadlıqdan məhrum edilib.
 
Elan olunmuş ittiham Menemin 1991-ci ildə üzləşdiyi qalmaqalla bağlıdır. Həmin vaxt o, ölkənin aparıcı kənd təsərrüfatı cəmiyyətlərindən birini dəyərindən qat-qat aşağı qiymətə satmışdı.
# 864
avatar

Oxşar yazılar