İlk kosmonavtlarından biri də vəfat etdi
27 mart 2019 23:33 (UTC +04:00)

İlk kosmonavtlarından biri də vəfat etdi

SSRİ-nin ilk kosmonavtlarından sayılan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Valeri Fyodoroviç Bıkovski 85 yaşında dünyasını dəyişib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə kosmonavtların hazırlığı Mərkəzinin rəsmi saytında məlumat yer alıb.
 
Sovet kosmonavtikasının ilk nümayəndələrindən olan V.Bıkovski ilə vida mərasimi martın 29-da baş tutacaq.
 
V.F.Bıkovski 1934-cü ildə anadan olub. 1953-cü ildə Kamenka şəhərində 6-cı hərbi aviasiya məktəbində pilotların yetişdirilməsi üzrə ibtidai təhsil alıb. 1955-ci ildə isə hərbi aviasiya üzrə təlim-tədris mərkəzini bitirib.
 
O, 1960-cı ildən hərbi hava qüvvələrinin ilk kosmonavtlar heyətinə daxil olub.
# 827
avatar

Oxşar yazılar