[b]İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı artır[/b]
27 mart 2019 16:02 (UTC +04:00)

[b]İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı artır[/b]

İranın müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu  İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi bildirib.
 
M.Ə.Bəxşi  sel və daşqınları iki hissəyə bölüb: “Selin birinci dalğasında, yəni güclü yağıntıların ilk günlərində Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində 9 nəfər dünyasını dəyişib. İkinci dalğasında isə Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub”.
# 719
avatar

Oxşar yazılar