Kosmosa adi insanlar da uçacaq
27 mart 2019 15:12 (UTC +04:00)

Kosmosa adi insanlar da uçacaq

Qeyri-kommersiya təşkilatı olan Space for Humanity rəsmisi açıqlayıb ki, kosmosa təkcə alimlər, hərbçilər və varlı adamlar deyil, adi insanlar da uçmalıdır.
 
Lent.az technote-a istinadən xəbər verir ki, adi insanları pulsuz şəkildə kosmosa göndərmək üçün bu təşkilat artıq anonim investorlardan 10 milyon dollar vəsait yığıb.
 
İndiyədək kosmosa yalnız 536 insan uçub. Onların arasında isə inkişaf etmiş ölkələrdən olan kişicinsli nümayəndələr üstünlük təşkil edir.
 
ABŞ-dan olan investor Dylan Taylor bu vəziyyəti dəyişmək istəyir və kosmosda çəkisizlik hissini adi insanlara da yaşatmaq niyyətindədir. Bunun üçün o, Space for Humanity adlı təşkilatı yaradıb.
 
Həmin təşkilat isə öz növbəsində 10.000 insanı pulsuz şəkildə kosmosa göndərəcək. Təşkilat bu işdə könüllü olacaq şəxsləri öz saytında seçməyə başlayıb.
 
Layihənin əsas ideyası, müxtəlif sosioloji, əmlak, mədəni və milli qruplardan olan insanları bir araya yığmaqdır. Kosmosda olacaq insanlar bu barədə təcrübələrini və hisslərini digər insanlara ötürə biləcəklər.
 
“Biz kosmosa, bunu özünə təşkil edə bilən varlı insanları göndərmək niyyətində deyilik. Həmin insanlar kosmosda olanda və Yer kürəsinə qayıtdıqları zaman, kosmosda keçirtdikləri təcrübə və hisslər barəsində danışırlar. Həmin anda isə Nyu-Dehlidə yaşayan və günə 1$ qazanan hansısa hindistanlı, kosmosa uçmuş şəxsin sevincini eyni tərzdə bölüşə bilmir. Lakin kosmosa onun dostu, iş yoldaşı və yaxud qonşusu yollansa, onda bu cür hadisə adi insanları daha çox ilhamlandıracaq” – deyə Taylor bildirib.
 
Space for Humanity, insanları kosmosa hansı üsulla göndərəcəyi barəsində hələki yekun bir qərara gəlməyib. Taylor qeyd edib ki, onlar üçün kosmik gəminin növü vacib deyil. Ən əsası onun təhlükəsizliyi, etibarlılığı və ekonomik cəhətdən əlverişli olmasıdır.
 
Sözügedən təşkilat artıq anonim investorlardan 10 milyon dollar vəsait yığıb. Həmin vəsait ilk turistlərin kosmosa göndərilməsi üçün xərclənəcək. Taylor-un fikrincə, bu cür ilk missiya digər varlı insanların diqqətlərini cəlb etməyə yardımçı olacaq. Beləliklə növbəti missiyaya daha yüksək məbləğdə vəsait toplamaq mümkün olacaq. 
# 686
avatar

Oxşar yazılar