<b>Yaşayış komplekslərini <span style="color:red;">KEŞİKÇİ ROBOTLAR  mühafizə edəcək </b>
27 mart 2019 14:57 (UTC +04:00)

Yaşayış komplekslərini KEŞİKÇİ ROBOTLAR mühafizə edəcək

Çinin paytaxtında ucaldılmış Meyyuan yaşayış kompleksində Pekin Avtomatlaşdırılmış Aerokosmik İdarəetmə institutunun mühəndisləri tərəfindən hazırlanmış “Meibao” adlı keşikçi robot sınaqdan keçirilir.
 
Lent.az İctnews-a istinadən xəbər verir ki, robot gecələr yaşayış komplekslərinin ərazisinə keşik çəkəcək, şübhəli insanları müəyyənləşdirdikdə bu barədə polis işçilərinə məlumat verəcək.
 
Bu robot keşikçini əvəz edəcək. O, sifətin tanınması texnologiyasının köməyi ilə sakinləri müəyyənləşdirəcək. “Meibao” adlı robot ərazidə kənar insan görüb onu şübhəli hesab etdikdə dərhal idarəetmə mərkəzinə siqnal göndərəcək.
 
Sözügedən robotun yaradıcıları bildiriblər ki, qurğu yalnız insanlara reaksiya göstərməyəcək, həm də yanğın təhlükəsi və başqa təhlükələr haqqında xəbərdarlıq edəcək.
# 711
avatar

Oxşar yazılar