[b]İtaliyalı futbolçu rekorda imza atdı[/b]
27 mart 2019 14:51 (UTC +04:00)

[b]İtaliyalı futbolçu rekorda imza atdı[/b]

“Sampdoriya” klubunun və İtaliya yığmasının hücumçusu Fabio Quagliarella milli komandanın tarixinə düşüb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu İtaliya futbolu tarixində milli komandada qol vuran ən yaşlı oyunçu adını qazanıb. Hücumçu “Avro 2020”nin seçmə mərhələsinin ikinci turunda Lixtenşteynlə görüşdə (6:0) dubl edib. Təcrübəli hücumçu 36 yaş 54 günlüyündə bunu bacarıb.
 
Bu göstərici ilə o, Kristian Panuççini qabaqlayıb. Panuççi millidə 35 yaş 62 günlük olarkən fərqlənib.
# 875
avatar

Oxşar yazılar