[b]Maurinyo iki yol ayrıcında[/b]
27 mart 2019 14:32 (UTC +04:00)

[b]Maurinyo iki yol ayrıcında[/b]

İngiltərənin “Mançester Yunayted” futbol klubunun sabiq baş məşqçisi Joze Mourinyo Fransanın “Monako” komandasına rəhbərlik edə bilər.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin “Monako”dan başqa “Lion”un da baş məşqçisi ola biləcəyi gözlənilir. Onun knyazlıq təmsilçisində işləmək variantının daha yüksək olduğu bildirilib. Hazırda “Monako”da yeni baş məşqçi vəzifəsinə əsas namizədin Mourinyo olduğu iddia olunur.
 
Qeyd edək ki, Joze Mourinyo məşqçi karyerası boyunca Portuqaliyanın “Porto”, İtalyanın “İnter”, İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” komandalarını idarə edib. O, UEFA Çempionlar Liqasının iki dəfə qalibi, İngiltərənin üçqat çempionu, iki dəfə İtaliya çempionu və İspaniyanın çempionu olub.
# 754
avatar

Oxşar yazılar