<b>MİT-dən inanılmaz əməliyyat: <span style="color:red;">PKK-ya son dərəcə ağır zərbə!  </b> - <b>VİDEO-FOTO</b>
27 mart 2019 13:34 (UTC +04:00)

MİT-dən inanılmaz əməliyyat: PKK-ya son dərəcə ağır zərbə! - VİDEO-FOTO

Milli İstikbarat Təşkilatı (MİT) Türk Silahlı Qüvvətləri (TSQ) ilə birgə əməliyyat keçirib. 
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kandildə baş tutan əməliyyat zamanı hava hücumu nəticəsində PKK-nın əsas simalarından hesab edilən Cemil Bayık və onun ən yaxın adamları Rıza Altun, eləcə də yanındakı silahlılar vurulublar. 
 
Altunun ağır yaralandığı əməliyyatda tərkibində Mikail Özdemir, Emrullah Dursun ve Ali Aktaşın da olduğu terror qruplaşması tərksilah edilib. 
 
Bildirilir ki, PKK-nın əsas fiqurlarından sayılan adıçəkilən terrorçuların şifrələnmiş adları ortaya çıxıb. 
 
Məlum olub ki, PKK-nın xarici işlər təmsilçisi Mikail Özdemir "Navdar", PKK mənsublusu Emrullah Dursun "Serhat Varto" ve Kandil əyalət sözçüsü Ali Aktaş "Sinan Sor" şərti kodu altında adlandırılırmış.
 
Rəsmi mənbələrdən daxil olan xəbərə görə, Rıza Altunun Kandilin İran sərhədinə yaxın ərazidə toplantı keçirəcəkləri barədə MİT-ə məlumat daxil olub. Bu informasiya dəqiqləşdirildikdən sonra MİT tərəfindən əməliyyat planı hazırlanıb və terorçuların qaça biləcəyi ehtimal olunan bütün giriş-çıxışlar nəzarətə götürülüb. 
 
Əməliyyatın uğurlu keçməsinin səbəbi məhz MİT-in hazırlandığı planın son dərəcə dəqiq işlənməsi olub. 
 
"Xarici işlər naziri" Rıza Altunın ağır yaralandığı deyilsə də onun səhhətilə bağlı heç bir məlumat verilmir.
 
 

# 791
avatar

Oxşar yazılar