[b]“Qalatasaray”ın sabiq futbolçusu həbs olundu[/b]
27 mart 2019 11:53 (UTC +04:00)

[b]“Qalatasaray”ın sabiq futbolçusu həbs olundu[/b]

İsrailin “Hapoel” klubunun futbolçusu Qabriel Tamaş həbs olunub.
 
ONA-nın məlumatına görə, Hayfa təmsilçisinin 35 yaşlı rumıniyalı futbolçusunun içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
 
Avtomobili ilə saatda 205 km sürətlə hərəkət edən müdafiəçiyə 30 günlük həbs cəzası verilib. Buna onun qanında 205 promilli alkoqolun aşkarlanması səbəb olub. Tamaşın idarə etdiyi avtomobildə ondan başqa iki qadın da olub.
 
Qeyd edək ki, 2003/04 mövsümündə Türkiyə “Qalatasaray”ında oynamış müdafiəçi karyerası ərzində Moskva “Spartak”ı, Buxarest “Dinamo”su, “Styaua”, “Oser”, “Selta”, “Vest Bromviç”, “Uotford” və “Kardiff” kimi klublarda çıxış edib. O, Rumıniya millisində keçirdiyi 67 matçda 3 qol vurub.
# 716
avatar

Oxşar yazılar