“Aydını narkotik öldürməyib” - AÇIQLAMA
27 mart 2019 11:15 (UTC +04:00)

“Aydını narkotik öldürməyib” - AÇIQLAMA

“Aydını narkotik öldürməyib. Onun qaraciyərində sirroz var idi. Hansı ki, bu, qadında da, kişidə də olur”.
 
Bu sözləri Ələkbər Yasamallı mərhum meyxanaçı Aydın Xırdalanlıya həsr edilən “Səhər-səhər” verilişində deyib.
 
O, sözlərinə belə davam edib:
 
“Aydın üç qardaşını evləndirib, onlara ev tikdirib, bacısını gəlin köçürüb, ailəsinə isə gözəl baxırdı. Övladı olmasa da, özü ailəli idi”
 
Daha sonra proqramda qonaq olan Mehman Əhmədli isə “Kim deyir ki, onun xəstəliyi narkotikdən olub? Onu deyən adamı yoxlatdırsaq, qanında narkotik tapılar” deyə, bildirib.
 
Veriliş zamanı Elgiz Əkbərin “Elə bildim ki, Aydını öləndə yerdən götürən olmayacaq, amma çox yaxşı formada dəfn etdilər” sözlərinə meyxanaçı Ağamirzə “Onun qəbrini Rusiyadan gəlib, ziyarət edirlər, ağlayırlar” deyə, cavab verib.
 
(axsam.az)
# 846
avatar

Oxşar yazılar