[b]"Qarabağı unudub, başımızı şou-biznesə qatmışıq" - Səidə Sultan özündən çıxdı[/b]
26 mart 2019 16:59 (UTC +04:00)

[b]"Qarabağı unudub, başımızı şou-biznesə qatmışıq" - Səidə Sultan özündən çıxdı[/b]

Müğənni Səidə Sultan social şəbəkədə tənqidi sözlər yazıb. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bəziləri vətənimizi gözdən salmağa çalışır:

 

“Məncə, bilərəkdən bu milləti acizləşdirirlər, görməmişləşdirib, savadsızlaşdırırlar. Bu millətin kökü, qəhrəmanlar yetişdirmiş tarixi var! İndi isə üzdən iraqlar bu millətin dırnaq arası qəhramanlarına çevirib! Qarabağı unudub, başımızı şou-biznesə qatmışıq. Tək mənə yox?! Hamımıza aiddir. Azərbaycanın tarixinə, ədəbiyyatına, musiqisinə, vətəninə, millətinə hörmət etməliyik! Bu, millət olaraq bizim borcumuzdur. Bu gün tariximizi də, ədəbiyyatımızı da, musiqimizi də tapdaq altına atmışıq! Bu gün düşmənlərimiz Azərbaycan musiqisini bizdən yaxşı təmsil edir. Azərbaycan milizmasını, biz azərbaycanlılardan yaxşı çatdırır! Biz isə öz musiqimizi zövqü olmayan, efirlər üçün ac olan, bəzi özünə müğənni deyənlərin sayəsində itiririk” deyə, Səidə bildirib.

 

 

# 1683
avatar

Yalçın UĞUR

Oxşar yazılar