İsrail hərbçiləri ilə "Həmas" arasında ATƏŞKƏS
26 mart 2019 00:32 (UTC +04:00)

İsrail hərbçiləri ilə "Həmas" arasında ATƏŞKƏS

 
İsrail hərbçiləri ilə Fələstin qüvvələri arasında atəşkəs barədə razılaşma əldə olunub.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Həmas” nümayəndələri açıqlama verib.
 
Buna qədər İsrail tərəfi, fələstinlilərin atdığı raket zərbələri nəticəsində 7 yəhudinin xəsarət almasına cavab olaraq, “Həmas”ın Qəzza zolağındakı bir neçə inzibati binasına zərbələr endirib. Bildirilir ki, hədəfə alınmış obyektlərin arasında Fələstin Daxili İşlər Nazirliyinə məxsus beşmərtəbəli bina və “Həmas” qüvvələrinin istifadə etdiyi üçmərtəbəli bina da olub.
# 1071
avatar

Oxşar yazılar