"Daha önəmlisi qol buraxmadan qələbə qazanmaqdır” - Cenk Tosun
25 mart 2019 23:57 (UTC +04:00)

"Daha önəmlisi qol buraxmadan qələbə qazanmaqdır” - Cenk Tosun

“İki oyunda altı xal almaqdan daha önəmlisi bu qarşılaşmalarda qol buraxmadan qələbə qazanmaqdır”. 
 
ONA-nın məlumatına görə, bu sözləri Türkiyə milli komandasının futbolçusu Cenk Tosun deyib.
 
AVRO-2020-nin seçmə mərhələsinin Moldova ilə oyununda vurduğu iki qolla 4:0 hesablı qələbədə pay sahibi olan hücumçu görüş barədə fikirlərini açıqlayıb: “Əskişəhərdə bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür edirəm. 90 dəqiqə susmadan bizə dəstək oldular. Komanda yoldaşlarımı qeyd etmək istəyirəm. Hər kəs əlindən gələni etdi. Bəlkə də daha böyük hesab da ola bilərdi. Çox qol imkanları qazandıq. Gözəl bir oyun alındı. İyundakı qarşılaşmalara mənəvi cəhətdən daha hazırlıqlı olacağıq”.
 
Qeyd edək ki, Türkiyə yığması H qrupundakı ilk oyununda Albaniyanı 2:0 hesabı ilə məğlub edib.
# 814
avatar

Oxşar yazılar