[b]Ata ilə 5 yaşlı oğlunu maşın vurdu[/b]
25 mart 2019 22:40 (UTC +04:00)

[b]Ata ilə 5 yaşlı oğlunu maşın vurdu[/b]

 
Gəncədə iki piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
 
ONA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Belə ki, yolu keçmək istəyən şəhər sakini 34 yaşlı Ceyhun İsgəndərov və onun azyaşlı oğlu 5 yaşlı Tunar İsgəndərovu avtomaşın vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, 5 yaşlı Tunara sağ bud sümüyünün sınığı, atasına isə bel-omba sümüyünün əziyi və sınığı diaqnozu qoyulub.
 
Yaralıların vəziyyəti orta ağır olaraq qalır.
 
Faktla bağlı araşdırma aparılır.
# 836
avatar

Oxşar yazılar